Etirazçıların daha bir tələbi yerinə yetirildi

0
85

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.

Bu barədə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada bildirilib.

Təşkilatçıların sözlərinə görə, onların üç əsas tələbindən ikisi artıq yerinə yetirilib.

Hazırda etirazçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi yerinə yetirilməmiş qalıb.

Qeyd edək ki, Tbilisidə davam edən etiraz aksiyalarının üç tələbi olub. Bu tələblər proporsional seçki sisteminə keçid, iyunun 20-21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılması və daxili işlər naziri G.Qaxarianın istefası olub. Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional qayda üzrə keçiriləcək.//Report