Başçı əsgər və zabitlərimizə hədiyyələr təqdim edib

0
145

Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevirdəki “N” saylı hərbi hissədə keçirilən tədbir keçirilib. Hərbi hissədə qulluq edən əsgər və zabitlərin bayram sevinclərinə qoşulan şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, Qarabağ müharibəsi və şəhid ailələri təmsilçiləri bir araya gəlməklə bu önəmli günə əlvan çalarlar qatıblar.


Dövlət himnimiz səsləndiriləndən sonra tədbirdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Cərulla Ağayev 101 illik tarixi olan milli ordumuzun keçdiyi şanlı yoldan, onun ilk qurucularından söz açaraq hamını bayram münasibətilə təbrik edib və Ali baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını əminliklə vurğulayıb.


 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan ordusunun yenilməz gücündən, Ali Baş Komandan İlham Əliyevin zəbt olunmuş torpaqlarımızın azad edilməsi naminə gördüyü məqsədyönlü işlərdən danışıb.  Çıxışının sonunda hərbi hissənin bir qrup nümunəvi əsgər və zabitlərinə qiymətli hədiyyələr təqdim edən şəhər rəhbəri hamıya uğurlar arzulayıb.

Daha sonra Mingəçevirin mədəniyyət işçiləri ifa etdikləri mahnılarla, Uşaq Gənclər İnkişaf Mərkəzinin “Sevinc” rəqs qrupu isə rəqslərlə əsgərlərimizə daha xoş ovqat bəxş ediblər.

Esmira Hidayətova, Mingəçevir.