Minsk-2019: Azərbaycan 26-cı pillədə qərarlaşıb

0
51

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında beşinci günə yekun vurulub.

İyunun 25-də səkkiz dəst medal sahibini tapıb.

Azərbaycan yığması günü medalsız başa vurub. Ümumilikdə isə komandamızın hesabında 11 medal var. Təmsilçilərimiz 4 gümüş və 7 bürünc mükafat qazanıblar.

Yarışın arxada qalan ilk yarısında 84 dəst medal sahibini tapıb. Rusiya millisi mükafat sayında mütləq liderdir. Belarus ikinci, Gürcüstan üçüncü sırada yer alıb.

Azərbaycan yığması 35 ölkənin medal qazandığı yarışda 26-cıdır. Ölkəmizi qabaqlayan 25 millinin hesabında qızıl mükafat var.

 Yer Ölkə Qızıl  Gümüş  Bürünc  Cəmi 
1Rusiya24131653
2Belarus1491841
3Gürcüstan65920
4Ukrayna58619
5İtaliya54312
6Fransa50712
7İsrail3306
8Belçika3115
9İsveçrə2103
10Sloveniya2013
11Hollandiya1629
12Bolqarıstan15410
13Portuqaliya1449
14Çexiya1247
14Rumıniya1247
16Böyük Britaniya1236
17İspaniya1146
18Serbiya1124
19Ermənistan1113
19Kosovo1113
21Almaniya1034
22Türkiyə1023
23Xorvatiya1012
23İsveç1012
25Polşa1001
26Azərbaycan04711
27Latviya0325
28Yunanıstan0235
29Estoniya0202
30Avstriya0134
31Moldova0123
32Bosniya və Herseqovina 0101
32Slovakiya0101
34Macarıstan0022
35Danimarka0011
 Cəmi8484117285

 APA