Robert Koçaryan yenidən həbs edilib

0
112

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs edilib. Bu barədə bu gün Apelyasiya Məhkəməsinin hakimi Armen Danielyan qərar verib. Qeyd edək ki, mayın 18-də R.Koçaryan girov qarşılığında zaminə buraxılmışdı. Ermənistan Baş Prokurorluğu isə bu qərara etiraz etmişdi. Ermənistan mətbuatı xəbər verir ki, bir qədər əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsxanaya daxil olmasını əks etdirən video görüntü yayılıb.
Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz şəxsi avtomobilində və mühafizəçilərinin əhatəsində İrəvanın “Kentron” penitensiar müəssisəsinə gəlib. Penitensiar müəssisəsinin qarşısında keçmiş prezident avtomobildən çıxaraq burada toplaşan tərəfdarlarını salamlayıb. Daha sonra mətbuat işçilərilə qısa dialoqundan sonra oğlu Levon Koçaryanla vidalaşıb.
Bundan sonra avtomobilə əyləşən Koçaryan və bir-neçə mühafizəçisi birlikdə həbsxananın həyətinə daxil olublar.
Həbsxananın qarşısında toplaşan tərəfdarları isə “Koçaryan qərəmandır”, “Paşinyan xaindir” şüarları səsləndiriblər.