Qurban bayramı bu tarixdə qeyd olunacaq

0
121

“Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək”.
alpaninfo.com ONA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:
“Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.
Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.