İstanbul Bələdiyyəsi sədrliyinə kim seçiləcək?

0
131

Bu gün Türkiyənin İstanbul şəhərində yenidən bələdiyyə seçkiləri keçirilir. İstanbul Bələdiyyəsi sədrliyinə əsas namizədlər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğludur.
Seçkilərdə 10 milyon 560 min 963 seçici növbəti 5 illik müddətə İstanbulun yeni bələdiyyə sədrini seçmək üçün səs verəcək. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 62-si cəzaçəkmə müəssisələrində, 156-sı səyyar olmaqla 31 min 342 məntəqə yaradılıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbulun Bələdiyyə sədrliyi uğrunda ən çox səsi CHP namizədi Əkrəm İmamoğlu və AKP namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bəzi rayonlarda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. Ə. İmamoğlunun mandatı geri alınıb.
bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib.