Mingəçevirdə dövlət qulluqçularının peşə bayramı qeyd edilib

0
115

Mingəçevirdə dövlət qulluqçularının peşə bayramı qeyd edilib. Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyəində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək   dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, dövlət qulluqçularının peşə bayramı 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bildirib ki, son illər dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və vəzifələri Prezident İlham Əliyev daha da genişləndirib və konkretləşdirib. O, dövlət qulluğunda çalışanların bundan sonra da öhdələrinə düşən vəzifələri səylə, ləyaqətlə yerinə yetirəcəklərini əminliklə vurğulayıb.

Tədbirdə çıxış edən dövlət qulluqçuları Prezident İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Veteran dövlət qulluqçuları  Bayram Mustafa və Telman Həsənov da öz fikirlərin tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir.

Esmira Hidayətova, Mingəçevir