Vilayət Eyvazov daxili işlər naziri təyin olundu

0
133

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Dövlət başçısının digər sərəncamı Vilayət Süleyman oğlu Eyvazovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışırdı.