Başçı: “Mingəçevirin hər küçəsində, hər məhəlləsində abadlıq işləri aparılacaq”

0
198

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və idarə, müəssisə rəhbərləri Az.Dres qəsəbəsi Naxçıvan küçəsində başlayan asfaltlama işlərinə baxış keçiriblər. Qeyd edək ki, hələki  asfaltlanma işləri Naxçıvan küçəsindən G.Əliyev küçəsinə qədər olan hissəyə qədər olacaq. Bu işlər gələn həftənin sonuna qədər tamamlanacaq. Daha sonra davamı Natəvan küçəsinə qədər davam edəcək.

Ərazidə olarkən bu işlərlə bağlı  icra başçısı İlham İsmayılov məlumat verərək bildirdi ki, cənab Prezident məni Mingəçevirə təyin edəndə tapşırıq verdi ki, Mingəçevirin əvvəlki gözəlliyi, səliqə-səhmanlığı  tam bərpa olunmalıdır: ”Ona görə də  insanların rahat yaşaması üçün Mingəçevirin hər bir küçəsində, hər bir məhəlləsində  abadlıq işləri aparılmalıdır. Biz bu işlərə başlamışıq.  Gördüyünüz bu Naxçıvan küçəsində işlər ləngiməli deyildi. Müəyyən səbəblər var idi. Bu işlər planlaşdırılanda bizə deyildi ki, yeni  kanalizasiya xəttini “Azərsu” hələ çəkməyib. Biz onların qarşısına tələb qoyduq ki, xəttinizi çəkin qurtarın, biz asfaltlanma işlərinə başlamalıyıq. O cümlədən digər kommunikasiya işləri görən rəhbərliklərə bildirdik ki, nə işləriniz varsa yekunlaşdırın. Mən qəti şəkildə bildirirəm biz bura asfaltı çəkəndən sonra icazə verməyəcəyik ki, hansısa müəssisə gəlib asfaltı dağıdıb iş görsün. Mən onu başa düşürdüm ki, insanlar üçün burada çətinliklər yaranmışdı. Buna baxmayaraq biz elə iş görməliyik ki, bu asfalt bir daha dağılmasın. İndi bütün bu kommunikasiya işləri başa çatıb. Burada  yola yüksək keyifiyyətlə  2 qat  asfalt vurulur. Yolun sağ və sol səki  hissəsi yaşıllaşdırılacaq, ağaclar əkiləcək. Digər ərazidə olan Tibb məktəbi və yataqxana istiqamətində istirahət güşəsi yaradılacaq”.

Daha sonra icra başçısı üzünü müəssisə rəhbərlərinə tutaraq bildirdi ki, hamımız bir nəfər kimi səfərbər olmalıyıq ki, Mingəçeviri abad, yaşıl və təmiz şəhərə çevirək. Başçı asfalt çəkənlərə öz xeyir-duasını verdikdən sonra qəsəbənin digər ərazilərini gəzərək hər bir tərəfinə baxış keçirdi, yolda başçıya problemi ilə bağlı  müraciət edən hər bir sakini dinlədi və probleminin nəzarətə götürdü.

 Esmira Hidayətova,Mingəçevir.