Başçı: “Bu məsələ artıq həllini tapıb”

0
80

Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun  sakinlərlə səyyar görüşü bu dəfə 3 nömrəli orta məktəbin akt zalında olub. Sakinləri   salamlayan şəhər rəhbəri əvvəlcə ölkə Prezidentinin tapşırığına əsasən hər həftə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki,  cari  ilin əvvəlindən dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı Sərəncamlara əsasən minimum əmək haqqları, sosial müavinətlər artırılmış, yeni iş yerləri açılmışdır. Eləcə də Mingəçevirdə quruculuq-abadlıq işləri davam etmiş, yeni parklar salınmış, binaların fasad hissələri yenilənmiş, həyətlər abadlaşdırılmışdır: “ Məqsəd əhalinin güzəranının daha da yaxşılaşdırılmaqdır”.

Daha sonra şəhər sakinləri şəhərin suvarma suyu ilə bağlı problemdən, dəniz yolu üstündə quraşdırılan kanalizasiya lükunun yaşatdığı qorxudan, həmçinin küçələrin işıqlanmasındakı çətinliklərdən və digər məsələlərdən söz açıblar. Başçı bildirib ki, şəhərin suvarma suyunun bərpası ilə bağlı bu günlərdə Baş nazirin müavini Yaqub Eyyubovla söhbətlər aparılıb və bu məsələ artıq öz həllini tapıb. Məhəllələrin işıqlanmasına aydınlıq gətiRən başçı deyib ki,  bu, daha çox vəsait tələb etdiyi üçün həmin işlər mərhələli şəkildə həyata keçiriləcək.

Sakinlər sonda Prezidentə son günlər imzaladığı sərəncamlarla bağlı minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir