Komandalarımızın rəqibləri bəlli oldu

0
108

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.QAitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” klubu püşkün nəticələrinə əsasən Albaniyanın “Partizani” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin görüşləri iyulun 9-10-da, cavab matçları isə bir həftə sonra oynanılacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib. Turnirdə Azərbaycanı təmsil edəcək “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən, “Səbail” Rumıniyanın “Kraivo”, “Neftçi” isə Moldovanın “Speranta” komandaları ilə qarşılaşacaqlar.

Komandaların ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.