Məhəmməd Mursi dəfn edilib

0
52

Misirdə demokratik üsullarla seçilmiş ilk prezident Məhəmməd Mursi ötən gün məhkəmə zalında dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.
Onun nəəşi bu gün səhər yerli vaxtla saat 05:00-da Qahirədə torpağa tapşırılıb. Dəfn mərasimi zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb.
Məhəmməd Mursi Qahirənin şərqində, Mədinət Nəsr adlı yerdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərinin dəfn edildiyi qəbristanlıqda dəfn edilib. Dəfn mərasimində M. Mursinin ailəsi və vəkilləri xaricində heç kim iştirak etməyib.
Qeyd edək ki, 2012-ci ildə Misir prezidneti seçilən M. Mursi, 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs edilmişdi.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.