Aydın Mirzəzadə: “Həlimə xanımın yas mərasimində iştirak edəcəyəm”

0
147

YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı başsağlığı verib.

alpaninfo.com “Report”a istinadla xəbər verir ki, A.Mirzəzadə özünün “facebook” səhifəsində yazıb:

“Azərbaycan Respublikasının ikinci Prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib və hörmət qazanıb.

Onun dəfninin təşklinin ölkə Prezidentimiz cənab İlham Əliyevin diqqətində olması, mərhumənin ailəsinə Birinci vitse-prezident hörmətli Mehriban xanımın başsağlığı verməsi, dəfn xərclərini Heydər Əliyev Fondunun öz üzərinə götürməsi bügünkü Azərbaycanın sivlliyini göstərir.

Bir Azərbaycan qadınına olan hörmət kimi, Həlimə xanımın Bakıda yas mərasimində iştirak edəcəyəm”.