15 İyun: Xalqımızın xilas günü

0
54

Mingəçevir Turizm Kollecində “Milli Qurtuluş Günü xalqın xilas günüdür” adlı konfrans keçirilib

15 İyun –Milli Qurtuluş Günü  Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Ulu öndər Heydər Əliyevin siyasi xidmətlərinə həsr olunmuş inşa və rəsm müsabiqələri keçirilib, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunub və fənn komissiyalaraında aktual müzakirələr aparılıb.Tədbirlər silsiləsi tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxışla davam etdirilib. Sərgidə öncədən elan olunan müsabiqənin ən maraqlı nümunələri nümayiş olunub. Daha sonra bayram tədbiri iştirakçıları “Milli Qurtuluş Günü xalqın xilas günüdür” adlı konfransda bir araya gəliblər.

Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin adı və siyasi xidmətləri ilə bağlı olan  Milli Qurtuluş Günü münasibətilə bayram təbriklərini çatdırıb. O əlavə edib ki, bugünki azad və qüdrətli Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir:

“Ümummilli lider Heydər Əliyev  dünyavi şəxsiyyət kimi  tarixləşib. Onun mənalı və şərəfli ömür yolu  vətənsevərlər üçün böyük  bir məktəb, dəyərli bir örnəkdir. Həyatını tamamən xalqının azadlığı və firavanlığı naminə yaşamış bir böyük şəxsiyyət olaraq Heydər Əliyev ürəklərdə əbədilik qazanıb. İstər siyasi fəaliyyətinin birinci, istərsə də artıq müstəqillik dönəminə təsadüf edən illərində   Azərbaycan xalqının adı, arzuları, mübarizəsi və möhtəşəm addımları ilə bağlı elə bir müsbət məqam yoxdur ki, orada görkəmli siyasi xadim Heydər Əliyevin adına rast gəlinməsin. Ən çətin günlərində xalqının yanında yer alıb onu saysız hesabsız bəlalardan qurtaran, böhran, xaos mərhələsindən inkişaf yoluna çıxaran ümmummilli lider haqlı olaraq doğma xalqının hafizəsində xilaskar lider kimi qalıb. Onun xidmətləri sayılmaqla bitən deyil. Ən əsası isə Ulu Öndər cənab İlham Əliyevin timsalında xalqına və dövlətinə işıqlı gələcək ərmağan edib. Artıq Azərbaycan iqtisadi və hərbi cəhətdən dünyanın qüdrətli, demokratik dövlətlərindən birinə çevrilib. Bu böyük şəxsiyyətin əziz xatirəsi önündə illər sonra da bütün vətənpərvər insanlar baş əyib ehtiram göstərəcək”.

Bundan sonra Milli Qurtuluş Gününə həsr olunan videoçarxa baxış keçirilib.

Ardınca konfransda digər məzmunlu çıxışlar dinlənilib. Pedaqoqlar Aygül Rəhimova, Ülviyyə Məmmədova və Aygün Hümbətova  müvafiq olaraq “Heydər Əliyev Milli Qurtuluş Gününün müəllifidir!”, “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” və “Milli Qurtuluş Günü xalqın xilas günüdür” adlı məruzələrlə çıxış edib. Çıxışlarda xalqın Qurtuluş yolu, yaşanan sosial,iqtisadi, hüquqi və hərbi böhranlar, ulu öndərin siyasi hakimiyyətə qayıdışı və xilaskarlıq missiyası barədə ətraflı söhbət açılıb.

Konfrans ədəbi bədii kompozisiya ilə davam etdirilib.Tələbə özfəaliyyət qrupu fəallarımaraqlı və məzmunlu proqramla çıxış edərək iştirakçılarınbayram ovqatına yeni çalar qatıb.

Esmira Hidayətova, Mingəçevir