Arılarda nizamın və asayişin pozulması halları

0
21

  Arı ailəsi nümunəvi bir cəmiyyəti xatırladır. El arasında arının şahı de-diyimiz ana arının, işçi arıların, erkək arıların-hər bir toplumun, hər bir fərdin ailə daxilində vəzifəsi vardır. Hər bir fərd də özünə düşən işi məcbur edilmədən, könüllü şəkildə icra edir. Arılar arasında yaşa görə iş bölgüsü var. Təxminən bir həftəliyə qədər arılar pətək daxilindəki: mum hörmək, balaları yemləmək, istiliyi qorumaq, təmizliyi saxlamaq və s. işləri görür, sonrakı dövrdə yem və güləm toplamaqla məşğul olurlar. Ailədə hansısa toplumun gördüyü işdə gerilik olarsa, digərləri “bu mənim işim deyil” deyib dayanmır. Ümumilikdə çətinlik aradan qaldırılır. Yəni hər bir fərdin öz işi olsa da, kollektivçilik də arılarda güclüdür. Pətəyə daxil olmuş özgə arıya keşikçi arılar hücum etdikdə  heç də qalanlar tamaşaya durmur. Digər arılar da keşikçilərə kömək edir, oğru arı ya qaçmalı, ya da öldürülməli olur. Oğru arının cəzası yenidən oğurluğun baş verməməsi üçün ölümdür. Arı ailəsində intizam reflekslə olsa da insan cəmiyyətindəki intizamdan güclüdür.

  Bu barədə çox danışmaq olar. Amma istərdim ki, belə nümunəvi intizama malik olan arı ailələrində intizamın, təhlükəsizliyin pozulma-sından da danışım.

  Arılarda asayişin pozulması oğurluq hallarının baş verməsi ilə ola bilir. İnsanlar arasında oğrular adətən varlı ailələrin evlərinə girirlər. Arılar isə qüvvətli arı pətəklərinə girə bilmirlər. Təbiətdə gəlir azaldıqda, hansısa pətəkdə arı zəiflədikdə. yaxud arı ailəsi anasız qal-dıqda oğru arılar həmin pətəyə dadanır, onun yemini daşıyır, nə-ticədə zəif arı ailəsi məhv olur.

  Arıxanada oğurluq hallarının yaranması və artmasına bir səbəb də arı pətəklərində olan səliqəsizlik, pətəklərdə qapaq altından, birləşmələ-rin arasından oğru arıların yuvaya yol tapmasının nəticəsində olur. Qeyd edək ki, arı qorxu bilmir. Dadandığı yerdən son damla şirə qurta-rınca əl çəkmir. Ya ölməli, ya da aparmalıdır. Tüstü ilə müvəqqəti qova bilərsən, əgər orda şirə qalıbsa, yenə qayıdacaq.

  Arı pətəyi köhnə, yarıtmaz olduqda arılar uçuş bacasından deyil, bə-zən qapağın altından, pətəyin tinlərində əmələ gələn deşiklərdən yol edirlər. Arıçı bunun qarşısını vaxtında almırsa, arılar vərdiş edir, hətta yeşiyi təzələdikdə belə bir neçə gün çöldən qayıdan arılar vərdiş elə-dikləri yerdən pətəyə daxil olmaq istəyir, xeyli boş uçuşlar etdikdən sonra uçuş bacasına istiqamətlənirlər. Zərərli vərdişlərdən təkcə in-sanları deyil, təbiətin bütün canlılarını qorumaq məsuliyyəti Allahın yüksək şüur verdiyi insanların üzərinə düşür.

Arıçı pətəkləri səliqəli saxlasa, zəif arıları yazda vaxtında qüvvətlən-dirsə, payızda ləğv eləsə, təbiətdən gəlir azaldıqda arıların yeminə diq-qət yetirsə,  oğurluq halları baş verməz. Arıxanada yemləmə zamanı səliqəyə, uçuş bacalarının mövsümə uyğun açılmasına da diqqət yetirilməlidir. Əks təqdirdə arılar oğurluğa vərdiş edir, bir-birinə hücum halları çoxalır. Ümumiyyətlə, arıxanada oğurluq hallarının baş verməsi birbaşa arıçının səhlənkarlığı, tənbəlliyi nəticəsində baş verir.

İnsanlar zəif, xəstə, köməyə ehtiyacı olan bir şəxsi gördükdə kimli-yindən asılı olmayaraq, ona imkanı daxilində kömək etməyə çalışırlar. Arıların isə başqa pətəklərdə olan arılarla heç bir münasibəti olmur. Öz pətəklərində olan arılar isə öləcəyini hiss etdikdə yuvanı tərk edir. Yalnız qışda arı pətəkdə olduğundan öldükdə yuvada qalır. Havalar is-tiləşdikdə digər arılar ölmüş arıları sürüyüb çölə atırlar.

  Arılarda pintilik, tənbəllik halları da baş verir. Bu, əsasən, xəstəliklərə yoluxma ilə əlaqədar olur. Sağlam arı ailəsi pətəyi təmiz saxlayır, hər tərəfi xortumları ilə yalayır, təmizləyirlər. Payızda xırda dəlikləri vərə-mumla bağlayırlar.Arı heç vaxt yuvanı zibilləmir, ifrazatını da çölə çıxdıqda atır. Xəstəliyə tutulduqda pətəkdən pis qoxu gəlir, çərçivələ-rin üzərində sarı rəngli ifrazat olur. Bəzi xəstəliklərdə isə arılar əməlli uça bilmir, zəif tərpənirlər. Sonda məhsuldarlıq aşağı düşür. Əksər hallarda arılarda xəstəlik arıçının profilaktik tədbirlərə əhəmiyyət verməməsinin nəticəsində baş verir.

  Arı pətəyində əmək intizamının pozulması bir çox hallarda arının şahı hesab olunan ana arının vəziyyəti ilə bağlı olur. Nə qədər ki, ana arı cavan, məhsuldar anadır, pətəkdəki arıların hər biri öz işi ilə məşğul olur. Təzə çıxmış işçi arılar mum hörür, arı yuvalarını təmizləyir, ana arının qoyduğu yumurtaları yemləyir, onları soyuqdan qoruyur, isti ol-duqda qanadları ilə sərinlik yaradırlar. 7-10 gündən böyük arılar isə çölə gedir, gül tozu, şirə gətirirlər.

  Ana arı xəstə, yaxud yararsız olduqda arı ailəsi inkişafdan qalır, məh-suldarlıq aşağı düşür.Bunu arıçı vaxtında hiss edərsə, ana arını dəyiş-məklə; fəsildən asılı olaraq yeni ana yetişdirmək, yaxud ehtiyat ana ilə əvəz etməklə pətəkdə işin pozulmasının qarşısını ala bilər.  Arıçı qoca ana arını cavan ana ilə əvəz etməzsə, arılar bu vəziyyətdə yaşamaq istəmir, qoca ananı hazırladıqları yeni ana yuvasına yumurta qoy-mağa məcbur edirlər. Cavan ana yetişib yuvadan çıxdıqda qoca ananı öldürüb yuvadan kənara atırlar. Bu hal iliin isti vaxtlarında baş verir. Ana arı beçəvermə zamanı, bal süzümü vaxtı da arıçının diqqətsizliyi üzündən itirilə bilir. Payıza yaxın yem gəliri qurtardıqda, bal süzümün-dən sonra işçi arılar alfons erkək arıları məhv edirlər; yuvadan qovur, ya da öldürürlər. Arı ailəsi bal süzümündən sonra uzun müddət anasız qaldıqda işçi arılardan biri yumurta qoymağa başlayır, belə yumurta-lardan yalnız erkək arı çıxdığından arı ailəsi erkəkləşir və məhv olur. Qeyd edək ki, uzun müddət anasız qalmış arı ailəsinə yeni ana vermək də çətinləşir. Ailədə ana olmadığı müddətdə iş pozulur, arılar yaxşı yem toplamır, şan hörülmür. Normal, sağlam arı ailəsi ilə işlədikdə arılar sancmaya meylli olmur, iş prosesi pozulan arı ailəsində əks vəziyyətlə qarşılaşırsan.

  Arılar özlərini, pətəklərini qorumaq üçün düşməninə hücum edir. Arı sancır, bir qədər sonar özü də ölür. Arılarda sancmaya meyllik onların növlərindən də asılıdır. Amma arıçıdan pis qoxu gəldikdə, arıya baxma vaxtı münasıb olmadıqda, arı ilə səliqəsiz davrandıqda, arı ac olduqda sancma mütləqdir. Deməli, arıların sakit davranışı da arıçının arılara, arıxanaya düzgün münasibətindən çox asılıdır.

Cavan arılar təbiətdə gəlir çoxaldıqca mumun hörülməsini sürətləndi-rirlər. Eyni ölçülü, səliqəli, təmiz gözcüklərin hörülməsi üçün arılar heç bir əmək alətindən istifadə etmirlər. Bunu instinkt adlandırırlar. Bu hal bəzi insanlarda da özünügöstərir. Ayrıca təhsil almadan müəyyən bir sahədə müvəffəqiyyət qazanan insanların qabiliyyətini də genləizah etməyə çalışırlar. Sanki Allaha qarşı bəzi insanlarda qisqanclıq var.

  Arılar mum hörərkən də nizamın pozulması halları baş verir. Şanı ya əyri hörür, yaxud lazım olmadan erkək yuvaları, bəzən isə hansı hissədə oldu ana kasacıqları hazırlayırlar. Son nəticədə şanı korlayır-lar, keyfiyyətsiz iş görürlər. Təbiətdə gəlir azaldıqda isə artıq atılmış şan vərəqini dağıdırlar. Bu intizamsızlığın da baş verməsində günahkar yenə də sahibkardır, arıçıdır. Vaxtında yaranmış vəziyyətə uyğun təd-bir görülməyəndə nizamlı cəmiyyətdə xaos yarana bilir. Ümumiyyətlə, arılarda pis vərdişlər arıçının, sahibkarın səhlənkarlığından, tənbəlli-yindən əmələ gəlir. Oğurluq, pintilik, tənbəllik, müftəxorluğa bənzər halların arılarda görünməsinə də bais insan özüdür. Nə yaxşı ki, arılar-da rüşvətxorluq, əxlaqsızlıq, paxıllıq, lovğalıq və insanlarda görünən digər mənfi xüsusiyyətlər müşahidə olunmur. Son olaraq deyə bilərik ki, arı öz xisləti ilə  təmizliyi, saflığı, düzlüyü, halallığı qəbul etmiş can-lıdır. Arıçı özü intizamlı olarsa, onun arıları da intizamlı olar, arıxanada da heç vaxt nizam və asayişin pozulması halları baş verməz.

                             Tahir  HƏSƏNLİ,

                                             Quba rayonu, Yerfi kəndi.