Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi Mingəçevirdə olub

0
68

Azərbaycan İlahiyyat  İnstitutunun rəhbərliyi  Mingəçevirdə olub.

  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əkil və gül dəstələri qoyaraq ehtiramlarını bildirmiş, sonra Heydər Əliyev  Mərkəzində yaradılmış sərgi ilə tanış olmuşlar.  Tədbirin ikinci hissəsi Mingəçevir Gənclər Evində davam etmişdir. 

Şəhərin dini icma nümayəndələrinin və orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri açan şəhər İcra Hakimiyyəti başçısı aparatının  İctimai diyasi və humanitar məsələlər  şöbəsi müdirinin müavini, Dini Qurumlarla işin təşkilatçısı Sahib Əliyev dünya arenasında özünəməxsus yeri olan Azərbaycanda mövcud olan dövlət və din münasibətlərindən danışmışdır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirmişdir ki, institutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuş və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərmişdir.

Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

Esmira Hidayətova, Mingəçevir.