Millimiz Slovakiyadan xal ala biləcəkmi?

0
70

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Yığmamız AVRO-2020-nin seçmə mərhələsinin IV turunda meydana çıxacaq.

Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma Slovakiya ilə üz-üzə gələcək. Bu, E qrupunda mübarizə aparan komandamızın seçmə mərhələdə 3-cü qarşılaşması olacaq.

Tsikldə uğursuz start götürüb Xorvatiyaya 1:2, Macarıstana 1:3 hesabı ilə uduzan millimiz sonuncu pilləni tərk etmək üçün mütləq qalib gəlməlidir. Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan, lakin nəticələri ilə azarkeşlərinə yalnız məyusluq yaradan futbolçularımız turnir cədvəlindəki qonşusunu yensə, 4-cü pilləyə yüksələcək.

Bu, iki komanda arasında 7-ci duel olacaq. Beş məğlubiyyət alan yığmamız yalnız bir dəfə – 18 il öncə rəqibini məğlub edib. DÇ-2002-nin Bakıdakı həmin oyununda 2:0 hesablı qələbə qeydə alınıb.

“Bakcell Arena”da baş tutacaq matç Azərbaycan yığması üçün yubileylə əlamətdar olacaq. Təməli 1992-ci ildə qoyulan millimiz tarixinin 250-ci oyununa çıxacaq. Komandamız əvvəlki 27 ildə yığmalar səviyyəsində 249 beynəlxalq oyun keçirib.

Qeyd edək ki, E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Qrupun favoriti Xorvatiya isə istirahət edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan – Slovakiya
Baş hakim: 
Con Biton
Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Bakı. “Bakcell Arena” stadionu 

1Macarıstan5-4 
2Xorvatiya32015-46
3Uels21012-23
4Slovakiya21012-13
5Azərbaycan20022-50

APA