“NATO bütün mütəffiqlərini müdafiə etməkdə tam qərarlıdır”

0
443
NATO təşkilata üzv ölkələrin təhlükəsizliyini müdafiə edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
 

“Bizim ittifaqımız təhlükə qarşısındadır. İŞİD İraq, Suriya xalqı ilə yanaşı, bölgə və NATO ölkələri üçün də təhlükədir. NATO öz vəzifəsini yerinə yetirir. Patriot sistemlərinin yerləşdirilməsi buradakı müdafiəni gücləndirməklə yanaşı türk xalqını da gücləndirir. NATO bütün mütəffiqlərini müdafiə etməkdə tam qərarlıdır”,- deyə Yens Stoltenberq bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Əsəd getməsə, bu problem həll olunan deyil.

“Əvvəl müxtəlif qruplardan danışılırdı, indi İŞİD ön plana çıxıb. Sabah hansı terror təşkilatının ortaya çıxacağı məlum deyil. Türkiyə hər zaman müttəfiqlərin həyata keçirdiyi hava əməliyyatlarını dəstəkləyib. Amma terror təşkilatlarının məhv edilməsi üçün hava zərbələri kifayət etməyəcək. Buna görə, quru əməliyyatları da bir seçim kimi nəzərə alınmalıdır”,- deyə Mövlud Çavuşoğlu qeyd edib.

Bu arada isə İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Türkiyənin ABŞ-la birgə koalisiyada iştirak etməsi səbəbindən bu ölkəni açıq şəkildə hədələyib.

İŞİD-in “İslam Dövləti” xəbər adlı “Twitter” ünvanından açıqladığı məlumatda deyilir: “Türkiyə səlib yürüşlərində iştirak etməsinin əvəzini ağır ödəyəcək”.

Türkiyə xəritəsinin üzərinə vizual şəkildə əl bombaları qoyulduğu iddia edilən təhdid mesajında bunlar da yer alıb: “Türkiyə bu döyüşə İslam dövlətinin qarşısında girsə, toxunulmaz qalacağını zənn etməsin. Türkiyənin içində “İslam Dövləti”nin minlərlə yatan hüceyrələri var. Bizim cavabımız çox sərt gələcəkdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here