Türkiyə Fransanı məğlub etdi

0
85

Dünün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Beş qrupda keçirilən 13 görüşlə 3-cü tur başa çatıb.

C qrupunda liderlər itkisiz yoluna davam edib. Şimali İrlandiya 3-cü, Almaniya 2-ci qələbəsini qazanıb. Bu komandalar autsayderlər Estoniya və Belarusu məğlub ediblər.

E qrupunda 3-cü oyununu keçirən Macarıstanla Xorvatiya xal hesablarını 6-ya çatdırıb. Sonuncular Uelsin ilk məğlubiyyətinin səbəbkarı olubsa, macarlar Azərbaycan millisinə qalib gəliblər.

H qrupunda turnir cədvəlinin qonşuları görüşüblər. Turun mərkəzi oyunu Konyada baş tutub. Ardıcıl iki qələbə qazanan Türkiyə və Fransa üz-üzə gəlib. Meydan sahibləri iki cavabsız qol vuraraq vahid liderliyi ələ keçirib. “Ay-ulduzlular”a qələbəni Kaan Ayhan və Çengiz Ündərin qolları qazandırıb. Şenol Günəşin yetirmələrinin qələbəsi tarixi əhəmiyyət kəsb edib. Türkiyə milli tarixində ilk dəfə Fransanı məğlub edib. İslandiya Albaniya, Moldova isə Andorra ilə görüşdə minimal hesabla qalib gələrək bir pillə irəliləyib.

İ qrupunda Rusiya San-Marinonu 9 cavabsız qolla darmadağın edib. Belçika Qazaxıstana, Şotlandiya Kiprə qalıb gəlib.

J qrupunda İtaliya ardıcıl 3-cü qələbəsini Yunanıstanla görüşdə qazanıb. Finlandiya Bosniya və Herseqovinanı, Ermənistan isə Lixtenşteyni yenib.

Qeyd edək ki, 3-cü turun ilk 12 görüşü iyunun 7-də keçirilib.

AVRO-2020-nin seçmə mərhələsi
3-cü tur
8 iyun
C qrupu
20:00. Estoniya – Şimali İrlandiya – 1:2

Qollar: Vasilyev, 25 – Vaşinqton, 77, Magennis, 80
Baş hakim: Fabio Jose da Kosta Verissimo (Portuqaliya)
Tallin. “A.Le Koq Arena” stadionu
22:45. Belarus – Almaniya – 0:2
Qollar: 
Sane, 13, Roys, 62
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Barisau. “Barısau Arena” stadionu

1Ş.İrlandiya33006-29
2Almaniya22005-26
3Hollandiya21016-33
4Estoniya20021-40
5Belarus30031-80

E qrupu
17:00. Xorvatiya – Uels – 2:1

Qollar: Lavrense (ö.q.), 17, Perişiç, 48 – Bruks, 77
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Osiyek. Şəhər stadionu
20:00. Azərbaycan – Macarıstan – 1:3
Qollar:
 Emreli, 70 – Orban, 18, 53, Holman, 71
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı. “Bakcell Arena” stadionu

1Slovakiya32015-26
2Xorvatiya32015-46
3Uels21012-23
4Macarıstan21012-33
5Azərbaycan20022-50


H qrupu
17:00. İslandiya – Albaniya – 1:0
Qol:
 Qudmundsson, 22
Baş hakim: Robert Madden (Şotlandiya)
Reykyavik. “Lauqardalsvalyur” stadionu
20:00. Moldova – Andorra – 1:0
Qol:
 Armas, 8
Baş hakim: Boyan Pandziç (İsveç)
Kişinyov. “Zimbru” stadionu
22:45. Türkiyə – Fransa – 2:0
Qollar: Ayhan, 30, Ündər, 40
Baş hakim: Damir Skomina (Sloveniya)
Konya. Konya Böyükşəhər Bələdiyyəsi stadionu

1Türkiyə33008-09
2Fransa32018-36
3İslandiya32013-46
4Albaniya31023-33
5Moldova31022-83
6Andorra30030-60

İ qrupu
20:00. Rusiya – San-Marino – 9:0
Qollar: 
Çevoli, 25 (avtoqol), Dzyuba, 31 (pen.), 73, 76, 88, Kudryaşov, 36, Mirançuk, 41, Smolov, 77, 83
Baş hakim: Mohammed El-Hakim (İsveç)
Saransk. “Mordoviya Arena” stadionu
22:45. Belçika – Qazaxıstan – 3:0
Qollar: 
Mertens, 11, Kastanye, 14, Lukaku, 50
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Brüssel. “Koninq Boudeviyn” stadionu
22:45. Şotlandiya – Kipr – 2:1
Qollar: Robertson, 61, Burk, 89 – Kousoulos, 87
Baş hakim: Ola Hobbar Nilsen (Norveç)
Qlazqo. “Hampden Park” stadionu

1Belçika33008-19
2Rusiya320114-36
3Şotlandiya32014-46
4Kipr31026-43
5Qazaxıstan31023-73
6San-Marino30030-160

J qrupu
20:00. Finlandiya – Bosniya və Herseqovina – 2:0
Qollar:
 Pukki, 56, 68
Baş hakim: Daniel Stefanski (Polsa)
Tampere stadionu
20:00. Ermənistan – Lixtenşteyn – 3:0
Qollar: Kazaryan, 2, Karepetyan, 18, Barseqyan, 90
Baş hakim: Nikola Popov (Bolqarıstan)
Yerevan. Vazgen Sarqsyan adına stadion
22:45. Yunanıstan – İtaliya – 0:3
Qollar:
 Barella, 23, İnsinye, 30, Bonuççi, 33
Baş hakim: Entoni Teylor (İngiltərə)
Afina. Olimpiya stadionu

1İtaliya330011-09
2Finlandiya32014-26
3Yunanıstan31114-54
4Bosniya və Herseqovina31114-54
5Ermənistan31024-43
6Lixtenşteyn30030-110