12 yaşlı xilaskar

0
89

Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.YD. İsrafilov Qafqazinfo-ya bildirib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib: “Bu zaman balaca bir qızın suda çapaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan uşağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi”.

Videoda Dəyanətlə yanaşı anası Balaxanım İsrafilova da sevincini bölüşüb.