Lixtenşteynə uduzduq

0
40

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.AMilan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


AVRO-2021-ə vəsiqə uğrunda Eşen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçirilmiş 2-ci qrupun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. 10-cu dəqiqədə Şimali İrlandiyadan olan baş hakim Tim Marşallın təyin etdiyi penaltini Noah Frik dəqiq yerinə yetirib.

Azərbaycan millisi növbəti görüşünü sentyabrın 6-da Bakıda Slovakiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan və Lixtenşteynin yer aldığı 2-ci qrupda Fransa, İsveçrə, Slovakiya və Gürcüstan yığmaları da mübarizə aparır.