Azərbaycan Premyer Liqasında komandaların sayının artırılması nəzərdə tutulub

0
18

Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.

1. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Topaz Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.