“Liverpul” Çempionlar Liqasının qalibi oldu

0
33

İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.Aİspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem” və “Liverpul” klubları qarşılaşıb.

Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində “Liverpul”un futbolçusu Sadio Manenin cərimə meydançasının daxilində ötürməsi “Tottenhem”in müdafiəçisi Musa Sissokonun əlinə dəyib. Hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Məhəmməd Salah fürsəti əldən verməyib – 1:0.

Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və “Liverpul” fasiləyə minimal hesabla üstün yollanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də hücumlarla yadda qalıb. Hesabda geridə olan “Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiəsini yarmağa çalışıb. Amma istəyinə nail olmayıb. Matçın sonlarına yaxın Divok Origi fərqlənib. O, “Liverpul”u önə keçirib – 2:0.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Beləliklə, “Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi adı qazanıb. “Liverpul” qitənin ən nüfuzlu klub turnirinin bundan əvvəl 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə qazanıb.

London klubu UEFA Çempionlar Liqasının iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. “Liverpul” 2006-cı ildə UEFA Avropa Liqasının, 1974-cü və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981-ci və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.

Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya “Real Madrid”i ilə qarşılaşan “Liverpul” 1:3 hesabı məğlub olub. Sonuncu dəfə “mersisaydlılar” Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın “Milan” komandasında qalib gəlib: – 3:3 (penalti – 3:2).

Bu qarşılaşma komandaların tarixləri ərzində 171-ci duel olub. “Liverpul” 80, “Tottenhem” isə 48 dəfə qələbə qazanıb. Qırx üç matçda isə qalib müəyyənləşməyib. “Mersisaydlılar” son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub.

Cari mövsümdə “Liverpul” “Tottenhem”i İngiltərə Premyer Liqasında hər iki görüşdə məğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973-cü illər mövsümündə yarımfinalda qarşılaşıb. “Liverpul” 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb (1:0, 1:2).