Qalib hansı komanda olacaq, “Tottenhem”, yoxsa “ Liverpul”?

0
80

Bu gün UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək. FAinal qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem Hotspur” və “ Liverpul” arasında oynanılacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın “Real Madrid” klubu olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.