Mingəçevirdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iftar süfrəsi açılıb

0
185

Mingəçevir şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün iftar süfrəsi açılıb.

250 nəfərin iştirak etdiyi tədbirdə Heydər Əliyev məscidinin imamı Ələmdar Qiyasov  on bir ayın sultanı olan Ramazan ayından danışıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb. İmam “Qurani –Kərim”dən ayələr oxuyub,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxuyub. O deyib ki, ölkəmizdə elə bir bölgə, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın: “Onları tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Belə bir müqəddəs ayda, iftar süfrəsi ətrafında şəhid ailələrinin üzvlərinin, Qarabağ müharibəsi iştirakçılarının bir araya toplaşması bizim üçün qürurverici haldır”.

Daha sonra şəhər ictimayyəti adından danşçan Mirzə Cavadov bildirib ki, xalqımız  Ramazan bayramlarını hər il böyük məmunluq hissi ilə qeyd edir. O, həmçinin ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından da danışıb

Esmira Hidayətova, Mingəçevir