Qubada üçəmləri dünyaya gələn ailə üçün yeni ev tikiləcək

0
138

Qubada üçəmləri dünyaya gələn gənc ailə üçün yeni ev tikiləcək. alpaninfo.com azərtac-a istinadən xəbər verir ki, rayonun Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri 2018-ci ilin dekabr ayında dünyaya gəlib. Valideynləri körpələrinə Heydər, Leyla və Arzu adlarını qoyublar.

Mayın 31-də Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri Alpan kəndində üçəm uşaqların dünyaya gəldiyi Nizami və Şəbnəm Əkbərovların evlərində olub, körpələrə hədiyyələr, ailəyə ərzaq yardımı təqdim ediblər.

Ailənin yaşadığı evin yararsız vəziyyətdə olması və uşaqların atası Nizami Əkbərovun qardaşının ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğu nəzərə alınaraq ailə üçün qısa zamanda yeni yaşayış evinin tikilib istifadəyə verilməsi barədə qərar verilib.

Bununla yanaşı, uşaqların atası Nizami Əkbərovun işlə təmin olunması barədə də müvafiq tapşırıqlar verilib.