Könüllülərə sertifikat təqdim edildi

0
149

  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənc könüllülərə sertifikat təqdim edib.

Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti haqqında” qanununa uyğun olaraq aprelin 1-də Mingəçevir şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə başlanılmışdır. Mayın 31-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllü gənclərlə görüşüb, onları təbrik edib və  könüllülük fəaliyyətini başa vurduqları üçün sertifikat təqdim edib.

İcra başçısı gənc könüllülərə gələcək işlərində uğurlar arzulayıb.
 Esmria Hidayətova, Mingəçevir.