BMU-nun müəllimi Koblenz Universitetində seminar verib

0
100

   Bakı Mühəndislik Universiteti hər zaman beynəlxalq layihələrdə və proqramlarda yaxından iştirak edir və dünyadakı elmi təcrübənin Azərbaycana gətirilməsində böyük rol oynayır.

   Məhz bunun nəticəsi olaraq 2019-cu ildə universitetin bir neçə müəllim və tələbəsi müsabiqə yolu ilə beynəlxalq proqramlarda iştirak edib. Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov Avropa Şurasının Erasmus+ Layihəsinin “Mobility Agreement Staff Mobility For Teaching” adlı proqramında iştirak edib.

    Mayis Əzizov 7 həftəlik proqramda Almaniyanın Koblenz Universitetinin magistr və bakalavr tələbələrinə “Macroeconomic key factors and their impact on business” (Əsas makroiqtisadi amillər və onların biznesdə təsirləri) və “International Study Skills: Microeconomics” (Beynəlxalq təhsil bacarıqları: Mikroiqtisadiyyat) fənlərindən mühazirələr oxuyub. O, həmçinin Koblenz Universitetinin tələbələrinə “Azərbaycan universitetlərində və eləcə də BMU-da təhsil imkanları” barədə seminar verib.

   BMU-nun dekanı Koblenz Universitetinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərini də müzakirə edib. Aparılan müzakirələrin nəticəsi olaraq növbəti ildən birlikdə yay məktəbinin keçirilməsi qərarlaşdırılıb.

   Beynəlxalq layihə və proqramlarda iştirakı universitetlər arası əməkdaşlığın inkişafında, həmçinin beynəlxalq elmi və pedaqoji təcrübənin qazanılması baxımından əhəmiyyətli olduğunu bildirən Mayis Əzizov qeyd edib ki, Almaniyada dərsə davamiyyətin məcburi olmadığını, bununla birlikdə tələbələrin dərsdə iştirakının yüksək səviyyədə olması və dərslərdə interaktiv iştirakı təqdirəlayiq haldır.