“Çelsi” çempion oldu

0
95

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında – “Çelsi” – “Arsenal” matçı keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə komandaların səylərinə baxmayaraq hesab açılmayıb. İkinci hissə isə qol yağışı ilə müşayiət olunub. Nəticədə “Çelsi” 4:1 hesabı ilə qalib gəlib.

Oyunu italiyalı referi Canluka Rokkinin idarə edib.

Avropa Liqası

Final

29 may

23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:1
Qol:
 Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1),  Eden Hazard, 72 (4:1)