“Mxitaryanı… cərimələyərdim”

0
44

“Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan – get və oyna. Bu, nə cəfəngdir”. Bunu “Mançester Yunayted” və “Everton”un keçmiş rusiyalı futbolçusu Andrey Kançelskis “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanın Bakıya Avropa Liqasının final oyununa getməkdən imtina etməsinə münasibət bildirərkən deyib.
O, H. Mxitaryanın qərarını gülməli adlandırıb: “Elə bil klounadadır! Futbol futbol, siyasət siyasətdir. Get və oyna, qorxmadığını göstər. Ümumiyyətlə orada sənə nə edəcəklər? Azərbaycan və Ermənistan arasında münasibətlərin necə olmasından asılı olmayaraq, sən gedib oynamalısan. Yekunda heç kəs sənə barmağı ilə toxunmayacaq! Ola bilsin fitə basardılar, qışqırardılar… İngiltərənin qapısına əliylə qol vurduğuna görə Maradonanı da fitə basmışdılar. Maradona sağdır axı! Əgər Mxitaryan belə qorxdusa, qoy özünə pampers alsın. Mən klub rəhbərliyinin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələyərdim. Avropa Liqasının finalında uduzsalar, günahkar Mxitaryan olacaq. Çünki getməyərək komandasına kömək etmədi