70 yaşlı mingəçevirli səyahətçi Mahaçqalaya yaxınlaşır

0
253

Mingəçevir sakini, 70 yaşlı təqaüdçü Abid İsmayılov velosipedlə artıq 5 ildir ki, dünyanı səyahət edir. O, bu gün də öz sevimli ənənəsinə sadiq qalaraq  yeni marşrut üzrə velotura çıxıb.  Əldə etdiyimiz məlumata görə, mingəçevirli səyahətçi Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir və paytaxt Mahaçqalaya yaxınlaşır.

 Qeyd edək ki,  Abid İsmayılov bundan öncə əsasən Gürcüstan istiqaməti izrə səfərlərə üstünlük verib. Bu dəfə isə o, Mingəçevir-Bakı-Dərbənd-Mahaçqala-Qroznı-Yalta-Odessa-İstanbul-Batumi marşrutu üzrə hərəkət edir.

Məlumat üçün bildirək ki, A.İsmayılov təqaüdə çıxdığı vaxtdan  velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edir.

Esmira Hidayətova, Mingəçevir