Liseydə müşavirə keçirilib

0
71

Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü  Liseydə  müşavirə keçirilib. Müşavirədə liseyin direktoru Aidə İsmayilova Aidə  İsmayilova çıxış edərək Azərbaycan Respublikası Təhsil nazirinin 13 may 2019-cu il tarixli F-260 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və liseyin qarşısında duran prioritet istiqamətlərdən danışıb. O, liseydə əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verib.

Tədbirdə çıxış edənlər pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəbin ictimai nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər müvafiq məsələlərdən də danışıblar.

Esmira Hidayətova