M. Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa edildi

0
24

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında qərarın ləğv edilməsi haqqında fərman imzalayıb. V. Zelenski sələfi Petro Poroşenkonun M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında qərarını ləğv edib. Bununla da V.Zelenski M. Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu