Reydlər məsuliyyəti artırmağa xidmət edir

0
143

 Mingəçevir Polis Şöbəsi  Dövlət Yol Polisi bölməsi tərəfindən reyd keçirilib.  Reyd şəhərin   Heydər Əliyev prospekti və ona bitişik küçələrdə  gerçəkləşirilib. Reyddə Avtomobil Nəqliyyatında Daşımaların Təşkili MMC Mingəçevir bölməsinin  əməkdaşları da yaxından iştirak ediblər. Əsas məqsəd nəqliyyat vasitələrində yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən  sürücülərin aşkarlanması olub.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yol polisi tərəfindən 150-dən çox avtomobil sürücüsü saxlanılıb.

Saytımıza açıqlama verən Mingəçevir ŞPŞ Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov bildirib ki, reyd zamanı 43 qayda pozucusu haqqında inzibati protokollar tərtib olunub. O, sürücülük vəsiqəsi olmadan sükanı arxasında əyləşən iki şəxsin müəyyən

olunduğunu da bildirib: “Qaydaları pozan bir neçə maşını  yükü ilə birgə cərimə meydançasına göndərilib. Saxlanılan digər sürücülərə isə müvafiq tələblərə uyğun xəbərdarlıqlar edilib”. Qeyd olunub ki, bu cür reydlər davamlı olaraq şəhərin digər istiqamətlərində də keçiriləcək.

Cəmşid Abbasov, həmçinin vurğulayıb ki, reydlər məsuliyyəti artırmağa xidmət edir.

Esmria Hidayətova, Mingəçevir