Mxitaryanın… şərtləri

0
44

Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Məlikbəyyan “Aresenal” futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak etməməsinin səbəbini açıqlayıb.
alpaninfo.com xəbər verir ki, yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Armen Məlikbəyyan Mxitaryanın Bakıya getməməsinin Ermənistan bayrağı ilə əlaqəli olduğunu deyib.
Bildirilir ki, Mxitaryan Bakıya gəlmək üçün 2 şərt irəli sürüb. Bunlardan biri onun təhlükəsizliyinin təminatı ilə bağlı olub. Azərbaycan tərəfi Henrix Mxitaryanın təhlükəsizliyini ən yüksək səviyyədə təmin ediləcəyini bildirib. Bu barədə UEFA-nın rəsmi saytında da məlumat yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi şəkildə bildirib ki, idman və siyasət bir-birindən ayrıdı və bugünə kimi Azərbaycanda təçkil olunan beynəlxalq yarışlarda onlarla erməni idmançı iştirak edib.
Mxitaryanın Bakıya gəlmək üçün irəli sürdüyü 2-ci şərt isə belə olub ki, əgər təmsil etdiyi komanda – “Arsenal” qalib gələrsə o stadiona Ermənistan bayrağı ilə çıxacaq. Qeyd olunub ki, 2017-ci ildə Stokholum şəhərində baş tutan Avropa Liqasının finalında “Mançester Yunayted” və “Ayaks” komanlarının oyunu zamanı Mxitaryan stadiona Ermənistan bayrağı ilə çıxıb. 48-ci dəqiqədə “Mançester Yunayted”ın 2-ci qolunu vuran Mxitaryan qələbədən sonra çiyninə Ermənistan bayrağı salaraq stadionda dövrə vurub.
Görünür, Azərbaycanla müharibə şəraitində olan və final oyununda təmsil olunmayan bir ölkənin bayrağının ölkəmizdə dalğalanmasına razı olmayacağımızı bildiyi üçün Mxitaryan belə bir şərt irəli sürüb və bununla da dünyada anti-Azərbaycan təbliğatı aparılmasına bilərəkdən şərait yaratmış olub.