“Yarasalar” “Barsa”nı məyus etdi

0
58

Dünən İspaniya kubokunun final görüşü keçirilib. Sevilya şəhərinin “Benito Vilyamarin” stadionunda “Barselona” və “Valensiya” klubları üz-üzə gəliblər. Oyun 2:1 hesabı ilə “yarasalar”ın xeyrinə başa çatıb.

Qalib komandanın qollarını Kevin Qameyro (21) və Rodriqo (33) vurub. Kataloniya klubundan yeganə qolunu matçın 73-cü dəqiqəsində Lionel Messi vurub.

Bununla da “Valensiya” tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub.