“Mən, ailəm və bağça” yaddaqalan oldu

0
107

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiyanın illik iş planına uyğun olaraq “15 May Ailə Günü və 1 iyun Uşaqların  Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hazırlanan plana uyğun olaraq şəhərin məktəb və bağçalarında  silsilə tədbirlər həyata keçirilir.

Bu gün Mingəçevir 12 saylı Sanatoriya tipli “Şəfa”körpələr evi uşaq-bağçasında “Mən, ailəm və bağça“ adlı müsiqili-əyləncəli tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin məktəbəqədər müəssisələr üzrə  metodisti Sevda Rəhimova vurğulayıb ki, əsas məqsəd uşaqlarda vətənə, ailəyə  məhəbbət, sevgi yaratmaq və uşaqlarımızı vətənpərvər yetişdirməkdir: ”Ulu Öndər uşaqlar bizim gələcəyimizdir demişdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır . Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə  bağçalarımızda  mühüm tədbirlər həyata keçirilir. Bu gün 12 saylı bağçanın hazırladığı tədbirə  valideyinlər, qonaq qismində digər bağçaların müəllimləri də qatılıblar. Ümid edirəm ki, hazırlanan tədbir hər kəsin ürəyincə olacaq. Hər kəsə uğurlar arzulayıram”.

Daha sonra balaca fidanların hazırladıqları şən musiqi nömrələri,  şeirlər, səhnəciklər nümayiş olunub. Uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə bağçanın müdirəsi Zemfira Məmmədova, İcra hakimiyyətinin nümayəndələri də çıxış edərək öz fikirlərini bölüşüblər. Tədbirin sonunda 12 saylı bağçanın kollektivinə və uşaqlara  fəxri fərman  və diplomlar təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir