Bu gecə ilk Qədr gecəsidir

0
39

Ramazan ayının 18-dən 19-na gecən gecə ilk Qədr gecəsidir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı ramazan ayı təqviminə istinadən xəbər veririk ki, bu il Qədr gecələri 23, 25, 27 və 31 may tarixlərində qeyd olunacaq.
Qeyd edək ki, Qədr gecəsinin dəqiq hansı gecə olduğu məlum deyil.Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də “Əhya gecələri” adlanır. Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qeyd edək ki, Ramazan ayı iyunun 4-də başa çatır.
İyunun 5-i və 6-sı Ramazan bayramıdır.