Yeni nəşr olunan kitabın təqdimatı olub

0
56


Gəncə Mərkəzi Kitabxanasının oxu zalında, teatrşünas-tənqidçi Anar Burcəliyevin sayca beşinci olan “Məqalələrim, Ressenziyalarım, Oçerklərim və Müsahibələrim” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərində fəaliyyət göstərən Baş konsulunun köməkçisi Ramil İsmayılov, şəhər ziyalıları, elm və sənət adamları, oxucular iştirak ediblər.

Kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli kitab və onun əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib. Yazıçı-dramaturq Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin sədri, respublikanın Əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangül, yazıçı Qərib Mehdi, şairə-dramaturq Aləmzər Əlizadə, filologiya üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq Sahib İbrahimli, AMEA Gəncə filialının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və başqaları Azərbaycan ədəbi və mədəni mühitinə yeni bir töhfə olan “Məqalələrim, Ressenziyalarım, Oçerklərim və Müsahibələrim” kitabı haqqında öz fikirlərini söyləyiblər.

Müəllif, teatrşünas-tənqidçi Anar Burcəliyev kitabın necə ərsəyə gəlməsindən, əsas məqsədinin unudulmuş sənətkarları yada salmaq, yeni nəslə tanıtdırmaq və bundan məmnunluq duyduğundan bəhs edib. Daha sonra müəllif yeni nəşr olunan kitabını Gəncə Mərkəzi Kitabxanasının oxu zalına və təqdimat mərasimində iştirak edən qonaqlara hədiyyə edib.

Esmira Hidayətqızı