“Sizi tanıyaq”ın Nəzrini

0
78

Bir ildən artıqdır  ki, respublikamızda “Sizi tanıyaq”adlı layihəyə start verilib. Məqsəd gənc isteadlı uşaqları üzə çıxarmaq, onların bilik və bacarıqlarını daha da artırmaqdır. Bu layihəyə təkcə paytaxtın yox, bölgələrdən də istedalı uşaqlar cəlb olunublar.

 Mingəçevir 17 saylı məktəbin 4 a sinif şagirdi Nəzrin Vüsal qızı Musayeva da bu layihənin iştirakçısı olub. Qeyd edək ki, Nəzirin yaxşı dərs oxumaqla yanaşı, həm də vətənpərvər bir qızdır. Nəzrinin gözəl məlahətli səsi də var. O, oxuduğu vətənpərvər mahnıları ilə hər kəsin qəlbində sevgi yarada bilir.

Bu günlərdə Nəzrin “Lider” televiziyasının “Çıxış yolu” verilişinin qonağı olub. Burada ”Cənab leytinant” mahnısını ifa edən Nəzrin bu proqramın “Gənc istedad” diplomu ilə mükafatlandırılıb. Bu münasibətlə məktəbin direktoru Rəsmiyyə xanım Nəzrini təbrik edib və onun uğurlarından ətraflı söz açıb.

Esmira Hidayətova, Mingəçevir