Paşinyan…izahat tələb edir

0
36

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Bako Saakyandan izahat tələb edib. alpaninfo.com  “Sputnik” saytına istinadla xəbər verir ki, buna səbəb B. Saakyanın 2008-ci ildə konstitusiya nizamını devirməkdə ittiham edilən Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın azadlığa buraxılması üçün yazılı zəmanət verməsidir.

Xatırladaq ki, bir neçə gün əvvəl R. Koçaryan Qarabağ separatçılarının keçmiş və indiki başçıları Arkadi Qukasyan və Bako Saakyanın zaminliyi ilə azad edilib. Onların zaminliyi N. Paşinyanda narahatlıq doğurub, çünki daha əvvəl o, işğal edilmiş Dağlıq Qarabağda inqilab etmək təhddləri ilə çıxmışdı.   

Təkcə B. Saakyan və A. Qukasyanın zaminlikləri deyil, həm də onların məhkəmə iclaslarında iştirakı Baş nazir üçün sürpriz olub. Onların bu cür hərəkət etməsinə səbəb isə N. Paşinyanın B. Saakyan və A. Qukasyanla sosial şəbəkələrdəki statuslar yolu ilə ünsiyyət saxlamasıdır.

N. Paşinyan görüşdə B. Saakyandan izahat tələb edib. Sonuncu əmin edib ki, onun A. Qukasyanla davranışı siyasi mətnaltı məna daşımayıb və dostluq münasibətlərinə əsaslanan humanizmin təzahürüdür.