Bir çox insanlar sovet psixologiyasından çıxa bilmirlər

0
162

Tikintisi yarımçıq qalmış binanın mülkiyyətçiləri 27 il ərzində nə qeydiyyatlarını rəsmiləşdirə, nədə orderlərini reyestrdən çıxarışla əvəz edə biliblər.

“Bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarını mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır. Bu iş təksə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. Əksər mülkiyyətçilər bu prosedurları keçməkdə çətinlik çəkirlər. Eyni zamanda yeni yaradılacaq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini idarə etmək də onlara bir müddət yardım edilməlidir”.

Bu fikirləri ümumşəhər konfransında Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fəman Nəbiyev səsləndirib. “Çoxmənzilli binaların idarə olunması: problemlər və  perspektivlər” barədə məlumat verən natiq bildiribki, rəhbərlik etdiyi təşkilat  may ayının əvvəlindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsini həyata keçirir: “MVA 2016-cı ildən Şuranın layihələri çərçivəsində mənzil mülkiyyətçilərinə evlərini birgə idarə etmə təcrübəsini öyrədir. Əvvəlki illərdə olduğu kimi, bu ildə layihə mənzil kommunal təsərrüfatı xərclərində dövlətin yükünü azaltmaq, yaşayışçıların  evlərinin saxlanmasına maraqlarını artırmaq, davamlı maarifləndirmə, hüquqi və praktiki yardım yolu ilə bölgələrdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunması  prosesinə kömək göstərmək  məqsədi daşıyır”.

Mingəçevir Bələdiyyəsinin akt zalında baş tutan konfransda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti  Samir  Əliyev çoxmənzilli binaların idarə olunması üsullarından danışıb: “Doğrudur, əhalinin müəyyən hissəsi yeni idarəetmə formasına keçməyə, məsələn MMMC yaratmağa hazır və həvəsli deyil. Bəzi sakinlər belə hesab edirlər ki, onların şəxsi və binanı saxlamaq mümkün olmayacaq, buna görə də prosesə qarşı çıxır və əks təbliğat aparırlar. Sovet dövrünün kooperativlərindən, MTK-lardanfərqli olaraq, MMMC-lər daha demokratik qurumdur. Çünki burda quruma rəhbərlik seçki əsasında formalaşır, binanın saxlanma xərcləri ilə bağlı tarifləri mənzil mül kiyyətçiləri özləri razılaşdırırlar. İdarə heyəti mütəmadi olaraq mülkiyyətçilər  qarşısında hesabatverir. Bütün fəaliyyətə, maliyyə məsələlərinə əhali özü nəzarət edir.

Mənzil idarəçiliyində bələdiyyələrin rolu və vəzifələri barədə məruzə edən Mingəçevir Bələdiyyəssinin komissiya sədri Zahid Qasımlı xüsusilə vurğulayıb ki, qanuna görə mənzil mülkiyyətçiləri bir il ərzində idarəetmə üsulunu seçməzsə, bələdiyyə bununla bağlı açıq müsabiqə keçirir: “Çoxmənzilli binanın sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarə edici təşkilatla binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur”.

İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinin böyük məsləhətçisi   Rauf Xəlilov, Mingəçevir İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, “Binəqədi-1” MMMC-nin direktoru Zakir Quliyev, mənzil mülkiyyətçilərindən  Elman  Əhmədov, Aydın Məmmədov, Anar Quliyev, Rəfael Qarayev, Dünya Məmmədova,  Elman Abbasov və başqaları konfransda çıxış edərək, Mənzil Məcəlləsinin icrasını ləngidən amillərdən, sovet dövründə kooperativ yolu ilə tikilən binaların aqibətindən danışıb,  maraqlı təkliflər irəli sürüblər. Qeyd olunub ki, bəzi qurumlar qanunun icrası prosesinə hələ də  mane olurlar. Həm də bir çox insanlar sovet psixologiyasından çıxa bilmirlər. Özəlləşmədən sonra hər kəs öz mənzilini saz, təmirli vəziyyətdə saxlasa da, ümumi istifadə yerləri-pilləkən qəfəsləri, zirzəmi və dam örtüyü, binanın fasadı və həyətinə sahib çıxmır. Bir çox insanlar belə hesab edirlər ki, bütün bu işləri onların əvəzinə hökumət, yaxud mənzil təmiri və istismar idarələri  edəcəklər.

Növbəti günlərdə İqtisadiyyat Nazirliyi, İqtisadi Təşəbbüslərə Yardım İB, “Binəqədi-1” MMMC və MVA-nın nümayəndələri həm mövcud sahənin problemləri ilə məşğul olan vəzifəli şəxslərlə, həm də yaşayışçılarla görüşüblər. Mingəçevir İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayevilə Mingəçevirdə mənzil fondunun durumuilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, Mingəçevirdə şəhər əhalisinin yaşadığı 560 və məcburi köçkünlərin məskunlaşdığı 9 çoxmənzilli bina mövcuddur, onların əksəriyyəti 40-50 iləvvəl inşa olunub. Sovet  dövründə şəhərinVaqif, 14, Xətai 12/1, Dilarə Əliyeva 14, Təbriz 21 və 28 ünvanlarında 5 kooperativ bina tikilib. Həmin evlər və digərməhəllələrdəki 70 bina istisna olmaqla, qalanlarının dam örtüyü son illərdə yerli icra hakimiyyətinin və Prezidentina yırdığı vəsait hesabına dəyişdirilib. 

Eyni zamanda Natəvan  küçəsindəki 30/3 saylı ünvanda yerləşən yarımçıq binanın mənzil mülkiyyətçiləriilə də idarə etmə üsulu barədə  söhbət aparılıb. Aydın olub ki, 1992-ci ildə tikintisi yarımçıq qalan  60  mənzilli binanın 30 mənzilinin inşası mülkiyyətçilərin şəxsi  vəsaiti hesabına başa çatdırılıb. Lakin bina təhvil-təslim olunmadığından yaşayışçılar həmin ünvan üzrə nə qeydiyyatlarını rəsmiləşdirə, nə də orderlərini reyestrdən çıxarışla əvəz edə biliblər. Nəticə də onların sahib olduqları mülkiyyət üzərində hüquqları bugünə qədər tanınmayıb.

Görüşdə iştirak edənlərin çoxsaylı suallarını cavablandıran layihə heyəti Mənzil Məcəlləsinin tələbləri və MMMC yaratmağın yolları barədə ətraflı izahat veriblər.

Esmira Hidayətova, Mingəçevir