Vladimir Zelenski: “Ali Rada buraxılacaq”

0
22

Ukrayna Ali Radası buraxılacaq, iki ay müddətinə növbədənkənar seçkilər keçiriləcək. BAu barədə Ukraynanın altıncı Prezidenti Vladimir Zelenski andiçmə mərasimindəki çıxışında bildirib. O, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Vladimir Zelenski deputat toxunulmazlığının ləğv olunacağını da açıqlayıb və qeyd edib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.