Anar Burcəliyevin “Onun dünyası”

0
84

Teatrşünas-tənqidçi Anar Burcəliyevin “Onun dünyası” adlı növbəti kitabı nəşr olunub. Kitabda ulu Şeyx Nizami yurdunda yaşayıb-yaradan şairə-dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığı öz əksini tapıb.

Teatrşünas-tənqidçi Anar Burcəliyevin “Onun dünyası” adlı monoqrafiyası həmçinin Fəridə Əlyarbəylinin həyat məziyyətlərini geniş bir aspektdə işıqlandırılmaqla yanaşı, sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər.

Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Aqşin Babayevdir. “Aytac Nəşriyyat  Poliqrofiya” MMC-nin nəfis tərtibatı ilə nəşr olunan kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar artisti Xəzər Gəncəli, redaktoru  isə Eşqin Nağıyevdir.

Xatırladaq ki, “Onun dünyası” monoqrafiyası müəllifin sayca altıncı kitabıdır.

Esmira Hidayətova