“Eurovision 2019”un qalibi Hollandiya təmsilçisi oldu

0
38

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada Hollandiya təmsilçisi birinci olub.

Yarışanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Tamaşaçıların qarşısında Malta, Albaniya, Çexiya və Almaniyadan, Rusiyadan, Danimarkadan, San-Marinodan, Şimali Makedoniyadan, İsveçdən, Sloveniyadan, Kiprdən, Niderlanddan, Yunanıstandan, İsraildən, Norveçdən, Böyük Britaniyadan, İslandiyadan, Estoniyadan, Belarusdan, Azərbaycandan, Fransadan, İtaliyadan, Serbiyadan, İsveçrədən, Avstraliya və İspaniyadan ifaçılar çıxış edib. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə 20-ci olaraq səhnəyə çıxıb. Təmsilçimiz yarışmanı 7-ci sirada sırada başa vurub.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.