Koçaryan azadlığa buraxıldı

0
33

Ermənistanın ikinci prezidenti Robert Koçaryan azadlığa buraxılıb. Koçaryanın vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında bildirib ki, keçmiş prezident məhkəmə qərarına əsasən ölkə ərazisini tərk edə, istintaqın gedişatına mane ola, ondan yayına bilməz.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının indiki və keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyan daha əvvəl ona görə məhkəmədə öz şəxsi zəmanətlərini təqdim ediblər. Onların hər biri 1000 dollardan artıq vəsait ödəyib və zaminlik imzalayıb.  Robert Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurdu.