Krım tatarlarının vətənini işğaldan azad edəcəyik

0
61

Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski Ukraynanın Krımı geri qaytaracağına inandığını deyib. Bu barədə V. Zelenski “Facebook”da  Ukraynada Krım-tatar xalqının soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş gündə deyilib.

O deyib: “Mən inanıram ki, Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krımın qaytarılması yolunu biz krımlılarla birlikdə keçəcəyik.  Unutmayın ki, hətta ən qaranlıq gecə belə şəfəqlə sona çatır “.  

Qeyd edək ki, Krım 2014-cü ilin mart ayında Rusiyaya ilhaq edilib.