Mingəçevirdə yeni layihəyə start verilib

0
113

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  Mingəçevirdə “Şəhid uşaqları üçün yay məktəbinin təşkili” adlı layihəyə start verilib. “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzinin və layihənin rəhbəri Mətanət Yusifova  qeyd edib ki, layihənin əsas məqsədi Mingəçevirdə və əraf ərazilərdə yaşayan şəhid uşaqları üçün iki həftəlik yay məktəbi təşkil olunacaq.  Bu müddətdə şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar, bacarıqların nümayişi və səyahət təşkil ediləcək.

Esmira Hidayətova, Mingəçevir.

Esmira Hidayətova, Mingəçevir