14 saylı məktəbdə Beynəlxalq Ailə Günü qeyd olunub

0
103

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Mingəçevir İcra Hakimiyyəti ilə  şəhərin 14 saylı məktəbi  birgə  tədbir keçirib.

Tədbirdə  Mingəçevir Şəhər İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə kommisiyanın məsul katibi Tərlan Əliyeva da  iştirak edib.

Tədbirin aparıcısı Mingəçevir 14 saylı məktəbin  psixoloqu   qeyd edib  ki, ailə ümumbəşəri prinsiplər əsasında, kişi və qadının könüllü nikah ittifaqı, qarşılıqlı məhəbbəti, dostluğu, hörmət hissləri əsasında formalaşır. Ailə cəmiyyətin dayağıdır.

Daha sonra psixoloq bilirib ki, bu tədbiri keçirməkdə əsas məqsəd şagirdlərin dünyagörüşü, mənəvi düşüncələri, ailəyə olan münasibətləri ilə bağlı və eyni zamanda valideynlə övlad arasında nünasibətlərin düzgün qurulması ilə bağlı maarifləndirici söhbətlər aparmaqdır. Tədbirdə bu günə qədər məktəbdə keçirilən tədbirlər video rolik vasitəsi ilə nümayiş olunub. Şagirdlər arasında keçirilən anonim sorğunu da valideynlər də izləyib.  Nəticələr valideynlərə izah olunub.

Ailə günü ilə bağlı məktəbdə keçirilən “Mənim ailəm” adlı  rəsm müsabiqəsinin qaliblərinə (müsabiqədə iştirak edən şagirdlərin hamsı qalib idi) mükafatlar təqdim olunub. Məktəbdə qəyyum uşaqlara hədiyyələr təqdim olunub.

Tədbir şən musiqi sədaları alında davam edib.

Esmira Hidayətova, Mingəçevir