İcra başçısı: ”Sakinləri narahat edən hər problem həllini tapacaq”

0
348

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirib. Şəhərin 1 nömrəli orta  məktəbinin akt zalında 127-ci məhəllənin sakinləri ilə keçirilən görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri  Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.

Əvvəlcə icra başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. Bildirib ki ,Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, onları narahat edən problemlər dinlənilir və aidiyyatı qurumlar vasitəsi ilə araşdırılaraq müəyyən tədbirlər həyata keçirilir.

İlham İsmayılov əminliklə vurğulayıb ki, bu kimi görüşlər davam edəcək, Mingəçevirdə həlli vacib məsələlər öz həllini tapacaq, görülən quruculuq, abadlıq işləri davamlı olacaq, abadlaşmayan məhəllə qalmayacaq. “Mingəçevirliləri narahat edən əsas iş yerləri ilə bağlıdır”  deyən başçı qeyd edib ki, bununla bağlı şəhərdə Sənaye Parkı istifadəyə verilib və orada 700 mingəçevirli işlə təmin olunub. Yaxın gələcəkdə Mingəçevirdə ikinci Sənaye Parkının tikintisinə başlanılacaq və burada 165 nəfər mingəçevirli işlə təmin olunacaq.

Daha sonra sakinlər onları narahat edən problemlərdən söz açıblar. Başçı onları narahat edən hər bir problemin öz həllini tapacağını vurğulayıb.

Esmira Hidayətova,Mingəçevir.